Paravertebral inyeksiyalar



Paravertebral blokada onurğada lokallaşdırılmış ağrı sindromunu tamamilə dayandırmaq və ya intensivliyini azaltmaq üçün həyata keçirilən terapevtik manipulyasiya, sadə dildə desək, ağrı refleksini müvəqqəti olaraq "söndürməyə", şişkinliyi azaltmağa imkan verən onurğada aparılan bir inyeksiyadır.

Prosedur zamanı, dərman tez bir zamanda təsirlənmiş əraziyə nüfuz edir, sinir sisteminin keçiriciləri boyunca ağrı impulsunun keçməsini azaldır. İnyeksiya zamanı xəstə individual olaraq müxtəlif dərəcələrdə ağrı hiss edə bilər, lakin bir neçə dəqiqə ərzində bu ağrı yox olur.

Paravertebral inyeksiya sinir kökünün ətrafı və onun qidalanmasının yaxşılaşdırılmasına xidmət edir. Beləliklə, yalnız ağrıdan xilas olmaq deyil, həm də patoloji vəziyyətlərin müalicəsinə qarşı çox təsirli bir terapevtik tədbir hesab olunur.