![](/uploads/posts/2021-10/1635254375_what-are-personality-disorders-e1615856369578.jpeg)
Nevrotik şəxsiyyət pozğunluğu ətraf mühit faktorlarına uyğunlaşmanın çətinliyi kimi bir çox problemi özündə cəmləşdirən bir qrup xəstəlikləri ehtiva edən çox geniş bir anlayış olaraq təyin olunur. Nevrotik pozğunluqlar adlanan bu pozğunluqlar daha çox;
- narahatlıq,
- güvənsizlik,
- fobiya və depressiya kimi simptomlarla xarakterizə olunur.
Bir çox səbəbi və dəyişilən növləri olan bu xəstəliyin müalicəsinin də bir neçə yolu var ki, ən düzgün müalicə üsulu yalnız mütəxəssis müayinəsindən sonra təyin oluna bilər. Əksər hallarda vəziyyətə əsasən psixoloq tərəfindən terapiyalar tövsiyə edilsə də, eyni zamanda paralel dərman müalicəsi də aparıla bilər.
Digər önəmli nüans isə müalicənin daha da effektiv olması üçün, bu müddətdə xəstələrin yalnız qalmamaları və sevdiklərinin qayğısı ilə əhatə olunmasıdır.