Baş gicəllənmə


Vestibulyar sistem, yəni müvazinət sistemi periferik və mərkəzi olmaq üzrə 2 hissədən ibarətdir. 

Araşdırmalar göstərir ki, başgicəllənmənin əsas səbəbi periferik mənşəli patalogiyalarla əlaqəlidir. Bunlar: Xoş xassəli baş dönməsi (BPPV), Menyer xəstəliyi, Vestibulyar nevrit, Labirintit, Otoskleroz, Perilimfa fistulu, Vestibulyar miqren və.s-dir.

Başgicəllənmə yaradan bəzi nevroloji patologiyalar da vardır: Serebrovaskulyar xəstəliklər, multipl skleroz, vertigenoz miqren ,epilepsiya, serebellar infakt, qanama, serebellapontin törəmələr.
 
Vertigo - baş gicəllənməsinin digər etiolojı səbəbləri sırasında senkop, psixogenik başdönməsi, dərmanların yan təsiri, hipoperfuziya halları (şok,dehidratasiya), kardiovaskulyar patolo­giyalar kimi sistemik xəstəliklər də öz yerini tapmaqdadır. 

Anemi­ya, hipotireo­dizm, hipertiroidizm, elektrolitik balansın pozulması kimi bəzi metobolik patologiyalar da vardır ki, bu hallarda da baş gicəllənməsi şikayəti ortaya çıxır.