Psixoloji bir problem olan həyəcan-təşviş sindromu, yəni nevrozun bəzən aşağı səviyyədə gündəlik həyatda hiss olunması normal olsa da, həddindən artıq həyəcan tibbi bir pozğunluğun göstəricisi ola bilər.
Statistikaya görə, bu problem qadınlarda kişilərə nisbətən daha çox olur. Həddindən artıq qoruyucu rəftarla böyüdülmüş uşaqlarda, ətrafdan daima mənfi reaksiyalar alan və sıxışdırılan insanlarda narahatlıq daha çox rast gəlinir. Uşaqlıqda yaşanan travmalar artdıqca, nevroz riski də eyni vaxtda artır. Bundan əlavə, ailədə və ya yaxınlarda bu növ narahatlığın olması da riski artırır, çünki bu xəstəlikdə genetik ötürülmə mümkündür.
Nevrozun psixoloji simptomları kimi:
qətiyyətsizlik
ünsiyyətdə problemlər
emosional narahatlıq (adətən heç bir səbəb olmadan)
tez-tez qorx, yaxud həyəcan hisslərinin yaşanması
əhval-ruhiyyənin kəskin dəyişməsi
yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq
yuxunun pozulmasını göstərmək olar.
Fiziki simptomlara isə:
ilk növbədə-ürək və qarın nahiyəsində ağrılar
yorğunluq və halsızlıq hissləri
baş gicəllənməsi və gözdə qaralma
iştah pozğunluğu
öz sağlamlığının qeydinə həddən artıq diqqət yetirilməsi daxildir.