İnsult nədir?İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması, daralması (spazmı) və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması tez-tez rast gəlinən haldır.
İnsult daha çox şəkərli diabet, ürək-damar xəstəliklərində rastlanır. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.
İnsult necə baş verir?İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması (cırılması), daralması (spazmı) və ya tutulmasıdır. İnsultun əlamətləri müxtəlifdir, məsələn bu halın insanın huşuna təsiri bəzən oyanıqlıq, bəzən əksinə yuxulu olma və ya yüngül kütləşmə, qısa müddətə huşun itirilməsi, bəzən isə hətta koma kimi qiymətləndirilir. Xəstələrdə baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və qusma, istilik hissi, ürəkdöyünmə, vaxt və məkan hissiyatının zəifləməsi (çaşqınlıq vəziyyəti) və s. qeyd oluna bilər.
Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahəyə müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir: görmə qabiliyyətinin pisləşməsi (çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq), nitq pozulması (hətta sadə sözlərin tələffüzü çətinləşir), yuxarı və ya aşağı ətrafların əzələ zəyifliyi və hətta bir və ya ikitərəfli iflic olması, bəzən isə tarazlıq hissinin zəifləməsi, yerişin pozulması və s.
İnsult ehtimalını artıran amillər - risk faktorları:- yaş faktoru (45-60 və daha artıq yaş);
- irsiyyət (yaxın qohumlarda insult halları);
- hipertoniya xəstəliyi;
- siqarət çəkmə;
- spirtli içkilərə meyllilik;
- piylənmə;
- xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”);
- şəkərli diabet;
- ürək-damar xəstəlikləri;
- fiziki fəallığın az olması.