D vitamini nə üçün önəmlidir?



D vitamini nə üçün önəmlidir?

Vitamin D, fosforla birlikdə kalsiumun udulmasında və sümüklərdə saxlanmasında iştirak edir, eyni zamanda qanda kalsium səviyyəsinə və dolayı yolla fosfora nəzarət edir. Bu, sağlam sümüklər, dişlər və əzələlərin inkişafı və qorunması üçün çox mühümdür. Vitamin D sümük sağlamlığından əlavə əzələ funksiyaları və tarazlıq üçün də vacibdir.

D vitamini çatışmazlığı nələrə səbəb olur?
 

  • Yuxu pozğunluqları baş verə bilər.
     
  • Alzheimer xəstəliyi üçün zəmin hazırlaya bilər.

  • Günün istənilən vaxtında xroniki yorğunluğa səbəb ola bilər.
     
  • "Osteomalasiya" adlanan sümük yumşalması xəstəliyi görülə bilər.
     
  • D vitamini çatışmazlığı sümük xəstəliklərinə səbəb olduqda əzələ və sümük ağrısı baş verə bilər və sümüklərin qırılma ehtimalı daha yüksək olur.
     
  • Körpə və uşaqların kifayət qədər D vitamini ala bilməməsi böyümənin gecikməsinə, əzələ zəifliyinə və skelet deformasiyaları ilə nəticələnən raxitə səbəb ola bilər.
     
  • İimmun sisteminiz zəifləyə bilər.
     
  • Piylənməyə gətirib çıxara bilər.

D vitaminli qidaları nə qədər qəbul etsəniz də, gündəlik ehtiyacınızın maksimum 20 faizini qarşılaya bilərsiniz. Qalan ehtiyatı isə günəş vannası qəbul etməklə əldə etmək olar. Qol və ayaqların qoruma olmadan günəş şüalarına məruz qalması tövsiyə olunur. Açıqdərili adamlar gündə 15-20 dəqiqə, tünd rəngli dəriyə sahib olanlar isə 30-45 dəqiqə günəş vannası qəbul edə bilər. Daha çox Günəş altında qalacaqsanızsa, qoruyucu kremlərdən istifadə edilməlidir.

Bu qidaları unutmamaq lazımdır: Qızılbalıq, siyənək, ton, skumbriya kimi yağlı balıqlar D vitamini mənbəyidir. Bununla yanaşı, bir çox göbələklər gündəlik vitamin tələbatını ödəyə bilər.

Yuxu rejiminə əməl etmək: Düzgün yuxu D vitaminindən daha çox faydalanmağa kömək edir. Araşdırmalar nəticəsində məlum olub ki, gündə 5 saatdan az yatanlarda D vitamini az olur.

Bütün sadalanan nüanslarla bərabər, D vitamini qəbulunda balans qorunmalıdır, çünki, artıq vitamin D qəbulu kalsiumun yüksəlməsinə və bu da, ürək və böyrək üçün problemlərin yaranmasına səbəb ola bilər.

Xronik vəziyyəti olan və ya dərman qəbul edənlər, mütləq həkimdən məsləhət almalıdırlar.