Parkinson xəstəliyi


Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH'ın xarakterin cəhəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır.

Etiologiya
  • Adətən 50-70 yaşlarında, orta hesabla 62 yaşında başlayır.
  • Xəstəlik zamanı müşahidə edilən hərəki simptomlar niqrostriatar sinir ötürücü yolunda neyronların destruksiyası və bununla əlaqədar zolaqlı cisimdə dofaminin azalması nəticəsində yaranır.
  • Əksər hallarda etiologiya naməlumdur. Nadir hallarda səbəb genetik defekt ola bilər ki, bu xəstəliyin 50 yaşdan əvvəl meydana çıxmasına səbəb ola bilər.
  • Həmçinin Parkinsona-bənzər simptomlar Parkinsonizm Plyus adlandırılan sindromlar üçün xarakterdir (aşağıda bax).
  • Yatrogen ikincili parkinsonizm antipsixotik dərmanlar və ya metoklopramid (metoclopramide) preparatından istifadə edən pasiyentlərdə geniş rast gəlinən əlavə təsirdir.
  • İkincili parkinsonizmin digər, nadir səbəblərinə zəhərlənmə (karbon monooksid, manqan, MFTP (metilfenil-tetrahidropiridin), metanol) və baş beyin qan dövranı pozğunluqları, şişləri və zədələnmələri  aiddir.

Simptomlar
  • Adətən başlanğıcda birtərəflidir. Pasiyent, tremor olmadan simmetrik ikitərəfli simptomlara malik olduqda, digər səbəblərdən şübhələnmək lazımdır.
  • Ən geniş rast gəlinən
    • Sakitlikdə tremor pasiyentlərin təxminən 75%-də
    • Hipokineziya/bradikineziya
    • Əzələ tonusunun artması

Müalicə
  • İxtiyari fiziki hərəkətlər, dərman preparatları və bəzən cərrahi əməliyyatdan ibarət olur.
  • Fiziki hərəkətlər funksional qabiliyyətin, oynaqlarda hərəkət balansı və sərbəstliyinin qorunması məqsədi daşıyır.
  • Müalicə, xüsusilə də cavan yaşlı pasiyentlərdə (məs., hələ əmək fəaliyyəti göstərən),  uzunmüddətli müalicənin əlavə təsirlərinin minimuma endirilməsi məqsədilə nevrologiya mütəxəssisi tərəfindən tərtib etməlidir.
  • Dərman müalicəsi, yaş və digər xəstəliklərin nəzərə alınması ilə, fərdi qaydada seçilir.
  • Simptomlardan tam azad olma mütləq şəkildə müalicənin məqsədi kimi çıxış etmir.
  • Pasiyentlər dərman preparatlarının təsirləri barədə məlumatlandırılmalıdırlar. Həmçinin onların kontrol-baxış üçün həkim qəbulundan əvvəlki 2-3 gün ərzində dərman preparatları, qida və dərmanların effekti gündəliyini doldurması təşviq edilir.
  • Pasiyentin təlimatlandırılması üçün materiallar, həmçinin adaptasiya üçün təlimlər və reabilitasiya kursları mövcuddur.