![](/uploads/posts/2021-12/1640004586_sleep-sleeping-bed-1296x728-header.jpeg)
Yuxu keyfiyyətinin yaxşılaşdırılması üçün yuxu gigiyenasına əməl etmək mütləqdir. Bunun üçün:
- Hətta çox yorğun olsanız belə hər gün eyni saatda yatmağa diqqət edin.
- Gecə hansı saatda yatmağınızdan asılı olmayaraq hər gün eyni saatda yataqdan qalxın. Hətta istirahət günlərində də bu qaydaya əməl edin.
- Yuxudan oyanmısınızsa, dərhal yerinizdən qalxın və yataqda vaxt keçirtməyin. İstirahət məqsədilə yataqda oyaq olaraq vaxt keçirtmək, dincəlməyinizə mane olur və yuxu ritminizi pozur.
- Yuxunuz gəlmirsə, özünüzü yatmağa məcbur etməyin. Yarım saat ərzində yata bilməmisinizsə, qalxıb səssiz bir iş ilə məşğul olmaq, ilıq duş qəbulu və ya musiqi dinləmək kimi rahatladıcı fəaliyyətlərlə məşğul olmağa çalışın. Yuxunuzun gəldiyini hiss etdikdə təkrar yatağa uzanın.
- Yuxu dərmanlarınızı yatmazdan 1 saat əvvəl qəbul edin. Bu halda dərmanın təsir vaxtı ilə yuxu saatınız üst-üstə düşəcəkdir.
- Yuxu saatınızın yaxınlaşdığı vaxtlarda siqaret, çay, kofe, enerji içkiləri, spirtli içkilərdən uzaq durun. Bunların əvəzində ilıq süd, çobanyastığı çayı kimi içkilərdən istifadə edə bilərsiniz.
- Ac və ya tox yatmaq məsləhət görülmür. Son yemək qəbul yuxu saatından təxminən 3 saat əvvəl olmalıdır.
- Yatağı sadəcə yuxu məqsədi ilə istifadə edin. Yemək yemək, televiziya izləmək, kompyuter, telefonla məşğul olmaq, kitab oxumaq kimi fəaliyətləri yatağınızda etməyin.
- Yataq otağınızın səssiz, qaranlıq və normal temperaturda olmasına dəqqət edin.
- Axşam saatlarında davamlı olaraq gimnastika və ya yürüyüş edin, ancaq yuxu saatından 3-4 saat əvvəlinə qədər fiziki yorğunluq verən işlərdən uzaq durun.
- Gündüz saatlarında 1 saatdan artıq yatmayın. Gündüz yuxusu saat 14-15 dən sonraya buraxılmamalıdır.
- Fərqli yerlərdə yatmamağa diqqət göstərin.