![](/uploads/posts/2021-10/1634733734_b-vitamini-blog.jpeg)
Bədəndə B12 vitamini çatışmazlığı bütün bədənə təsir edə, qalıcı beyin və sinir xəstəliklərinə yol aça bilər.
Gənclərdən tutmuş yaşlılara, qlütensiz qidalananlardan çiy yemək sevənlərə qədər hər kəsdə B12 vitamini əksikliyinə rast gəlinə bilər.
Kobalamin olaraq da bilinən B12 vitamini, sinir hüceyrələrinin, qırmızı qan hüceyrələrinin və DNT-nin sağlamlığı və bədəninizdəki bir çox reaksiyalar üçün vacib olan suda həll olunan bir vitamindir.
B12-yə müxtəlif formalarda rast gəlinir, ən yayılmış olanları isə siyanokobalamin ve metilkobalamindir. Siyanokobalaminə, qatqı maddələrində və enerji içkilərində sıxlıqla rast gəlinir. Ancaq, bədənə yararlı şəkildə istifadə oluna bilməsi üçün metilkobalaminə çevrilməsi lazımdır.
Hüceyrə meydana gəlməsini təminatına, sinir uclarının normal inkişafınının asanlaşdırılmasına, yaddaş və öyrənmə qabiliyyətinin güclənməsinə kömək edən B12 vitamini, həm də enerji mübadiləsində və sinir sistemində mühüm funksiyalara malikdir. Onun çatışmazlığında qollarda və ayaqlarda uyuşuqluq, duyğunun azalması, zehni depressiya və sancılar görünür.
B12 əksikliyinin ən yayılmış işarətləri: - Zəiflik, yorğunluq və aşağı enerji səviyyəsi
- Nəfəs darlığı
- Ürək çırpıntısı
- İştah itkis
- İshal və qəbizlik kibi həzm problemleri
- Tez-tez qanama, ya da dəridə qızarma
- Qansızlıq
- Depressiya ya da ruh halında dəyişikliklər
- Əllərdə ya da ayaqlarda uyuşma və qaşınma
- Çaşqınlıq, yaddaş itkisi, qarışıqlıq, demans
B21 çatışmazlığı göz ardı edildikdə bədənin hər tərəfinə, eləcə də beyin və sinir sisteminə ziyan vura bilər. Bəzi hallarda, B12 çatışmazlığı tanınmaya, alzheimer, MS, bipolar xəstəliyi, autizm və müəyyən xərçəng növlərində olduğu kimi səhv diaqnoz qoyula bilər.
Ən yaxşı B12 qaynaqları:İnsan bədəni B12 vitamini istehsal edə bilmir, bu isə o deməkdir ki, vitamini pəhriz və əlavələr vasitəsi ilə əldə etməliyik. Ortalama bir yetkin insanın gündə 2.4 mikroqram B12 ehtiyacı var və ən yaxşı B12 heyvan mənbələri bunlardır:
- Ət
- Ev quşları
- Balıq
- Yumurta
B12 əksikliyinin ən yayılmış səbəbləri: B12-nin udulması, həzmi və çevrilməsi səhv dərəcəsi olan çətin bir prosesdir. Buna görə də kifayət miqdarda B12 qəbul edənlərdə belə B12 çatışmazlığı ola bilər. Bunun bəzi səbəbləri:
- Veqan və vegetarian diyetləri
- MTHFR gen mutasiyası
- Zərərli anemiya
- Hipertiroidizm və SLE kimi otoimmün xəstəliklər
- Həddindən artıq spirtli içki qəbulu
- İncə bağırsaq bakteriyalarının çoxalması (SIBO)
- Mədə turşusu dərmanlarının uzun müddət istifadəsi nəticəsində aşağı mədə turşusu səviyyəsi
- Çəki ilə əlaqədar əməliyyatlar